Somali aclıq təhlükəsi ilə üzləşib

Somali prezidentinin xüsusi nümayəndəsi Abdirahman Abdişakur Varsame bu  barədə  milumat  yayıb.

1835106
Somali aclıq təhlükəsi ilə üzləşib

O: “Ölkə üzrə 6,1 milyon insan ciddi qida problemi yaşayır.   Bu  təhlükə   hər  ötən  gün  daha  da   artır.  Uzun   müddət  davam   edən  330 min uşağın qidalanma problemi  ilə  üz-üzə  gəlməsinə   səbəb   olub. Bütün maraqlı tərəflər dərhal hərəkətə keçərək  dərhal   lazımlı   tədbirlər  görülməlidir”.   

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2020-ci ilin sonundan bəri somalidə mövsümi yağıntıların kifayət seviyyədə yağmaması qida  çatışmazlığına   səbəb  olub. Nəticədə  milyonlarla insan təcili yardıma möhtac qalıb.  

Yada  salaq  ki,  1990-cı ildən bəri ölkə iqlim dəyişikliyi səbəbindən daşqın və quraqlıq kimi 30-dan çox təbii fəlakətlə üzləşib.

Somali hökuməti artan quraqlıq səbəbindən noyabrın 23-də ölkə daxilində “fövqəladə vəziyyət” elan edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Somalidəki humanitar böhranla bağlı beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.



Әlaqәli Xәbәrlәr