Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Bildirilib ki, indiyədək Rusiyanın 29 600  hərbçisi öldürülüb.

1833226
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 29 600  hərbçisi öldürülüb.

Məlumatda Rusiyanın son 24 saatda 150 hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, Rusiyanın 206 təyyarə, 170 helikopter, 1315 tank, 3 235 zirehli döyüş maşını, 617 artilleriya qurğusu, 93 hava hücumundan müdafiə sistemi, 201  reaktiv yaylım atəş sistemi, 2 225 avtomobil texnikası, 13 gәmisi, 76 yanacaq çәni vә 502 pilotsuz uçuş aparatı məhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr