Texasda atışma, ölәnlәr var

Amerika Birlәşmiş Ştatlarının Texas ştatındakı mәktәblәrin birindә silahlı hücum törәdilib.

1831903
Texasda atışma, ölәnlәr var

Amerika Birlәşmiş Ştatlarının Texas ştatındakı mәktәblәrin birindә silahlı hücum törәdilib. İlkin mәlumatlara görә, 21 nәfәr hәyatını itirib.

Yerli media orqanlarının yaydığı mәlumata әsasәn, hücum San Antonionun qәrbindәki Uvalde qәsәbәsindә törәdilib.

Texas valisi şübhәlinin ölü olaraq saxlanıldığını söylәyib.

Faktla bağlı araşdırma aparılır.

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden hücumla bağlı jurnalistlәrә açıqlama verәrәk deyib: ''Prezident olduqdan sonra bu çıxışı etmәyәcәyimi ümid edirdim. Millәt olaraq silah lobbisinә qarşı nә vaxt mübarizә aparacağıq’’.

Bir hәftә әvvәl Nyu Yorkun Bufalo şәhәrindә silahlı hücumun törәdildiyini xatırladan Co Bayden ölkәdә artan silahlı hücumlara diqqәt çәkib.

Amerika Müəllimlər Federasiyasının prezidenti Randi Weingarten də hücuma reaksiya göstərərək, "Təkcə bu ölkədə valideynlər uşaqlarının məktəbdə təhlükəsiz olacağına əmin deyillər" .

CNN-in məlumatına görə, son hücum istisna olmaqla, ilin əvvəlindən ölkədəki təhsil müəssisələrində baş verən 38 silahlı hücumda azı 10 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.



Әlaqәli Xәbәrlәr