Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Bildirilib ki, indiyədək Rusiyanın 27 200  hərbçisi öldürülüb.

1826863
Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
olen rus askerleri.jpg
ukrayna saldiri askerler.jpg

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 27 200  hərbçisi öldürülüb.

Məlumatda Rusiyanın son 24 saatda 300 hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, Rusiyanın 200 təyyarə, 163 helikopter, 1218 tank, 2 934 zirehli döyüş maşını, 551 artilleriya qurğusu, 88 hava hücumundan müdafiə sistemi, 195 reaktiv yaylım atəş sistemi, 2059 avtomobil texnikası, 13 gәmisi, 76 yanacaq çәni vә 411 pilotsuz uçuş aparatı məhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Ukraynanın müxtәlif şәhәrlәrindәki qarşıdurmalar zamanı hәyatını itirәn rus hәrbçilәrinin meyitlәri paytaxt Kiyevә aparılır.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr