Çexiya Rusiyadan neft idxalının qadağan edilməsi təklifinə dəstək verib

Çexiya Avropa İttifaqının Rusiyadan neft idxalının dadağan edilməsinə dair təklifinə şərtli dəstək verdiyini açıqlayıb.

1822423
Çexiya Rusiyadan neft idxalının qadağan edilməsi təklifinə dəstək verib

Çexiyanın Baş naziri Petr Fiala ölkəsinə lazımi keçid dövrünün təmin ediləcəyi təqdirdə Avropa İttifaqı (Aİ) Komissiyasının Rusiyadan neft idxalına qadağa qoyulması təklifini dəstəkləyəcəklərini bəyan edib.

TRT xəbər verir ki, Fiala kabinet iclasından sonra mətbuata açıqlamasında bu barədə danışıb. Rusiya əleyhinə ən sərt sanksiyaları dəstəklədiklərini, lakin ölkəsinin Rusiya yerinə başqa ölkədən neft idxal etməsi üçün 2-3 il vaxta zərurət duyduğuna diqqək çəkib. Ölkəsi üçün lazımi keçid dövrü təmin olunarsa, Aİ-nin Rusiyaya qarşı hazırladığı 6-cı sanksiya paketini dəstəkləyəcəklərini ifadə edən Fiala, Rusiya enerjisinə asılılıqdan qurtulmaq üçün Avropa ölkələrinin həmrəyliyə ehtiyacı olduğunu vurğulayıb. Baş nazir Fiala : “Biz Rusiyaya qarşı ən sərt sanksiyaları dəstəkləyirik, bu mövqe dəyişməyəcək. Əvvəldən deyirik ki, sanksiyalardan Çexiya vətəndaşları Rusiya Federasiyasından daha çox  təsirlənməməlidir.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen də ötən gün Rusiyaya qarşı planlaşdırılan yeni sanksiyalar paketinin məzmunu ilə bağlı verdiyi açıqlamada: “Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Yəni  Rusiyaya məxsus dəniz  yolu və boru kəməri ilə daşınan xam və təmizlənmiş neft məhsullarının idxalının qadağan edilməsini  istəyirik”.



Әlaqәli Xәbәrlәr