Tunis yeni konstitusiyası üçün referendum tarixini açıqladı

Prezident Qeys Səid Tunis Universiteti Konstitusiya Hüququ fakültəsinin professorları Sadik Beliyd və Məhəmməd Saleh ibn İsanı Karfaca sarayında qəbul edib

1821461
Tunis yeni konstitusiyası üçün referendum tarixini açıqladı

 

  Tunis Prezident Aparatı iyulun 25-də ölkənin yeni konstitusiyasını müəyyən edəcək referendumun keçiriləcəyini açıqlayıb.

  Prezident Qeys Səid Tunis Universiteti Konstitusiya Hüququ fakültəsinin professorları Sadik Beliyd və Məhəmməd Saleh ibn İsanı Karfaca sarayında qəbul edib.

  Söhbət zamanı ölkədə cümhuriyyətin yenilənməsi, xalq səsverməsi, referendum nəticəsində hazırlanacaq və təsdiq ediləcək yeni konstitusiya ilə bağlı bütün məsələlər müzakirə olunub.

  Qeyd edək ki, Tunis prezidenti Qeys Səid iyulun 25-də referendum keçiriləcəyini və hər kəsin hakimiyyətə öz fikrini bildirəcəyini elan edib.



Әlaqәli Xәbәrlәr