Belçika gömrüyü maşınların Rusiyaya göndərilməsinə icazə vermir

Sözügedən nəqliyyat vasitələrinə görə Zebrüqqe limanının dayanacağı doludur

1818666
Belçika gömrüyü maşınların Rusiyaya göndərilməsinə icazə vermir

 

  Belçikanın ən böyük limanlarından biri olan Zebrüqqedə (Zeebrugge) Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə 8 minə yaxın nəqliyyat vasitəsini saxlayıb.

  Belçika gömrüyü “Mercedes”, “Audi”, “BMW”, “Cadillac”, “Lexus” və “SUV” kimi dəbdəbəli avtomobillərin və “Toyota”, “Ford”, “Volkswagen”, “Hyundai”, “Nissan”, “Suzuki” kimi markaların maşın karvanlarının sanksiyalara görə Rusiyaya göndərilməsinə icazə vermir.

  Sözügedən nəqliyyat vasitələrinə görə Zebrüqqe limanının dayanacağı doludur.

  Limanda gözləyən avtomobillər üçün sifarişlər Avropa İttifaqının (Aİ) sanksiyalarından əvvəl verilib, lakin onları göndərmək mümkün olmayıb.

  Aİ-nin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən mart ayında qüvvəyə mindiyi sanksiyalara əsasən, dəyəri 50 min avrodan yuxarı olan avtomobillər Rusiyaya göndərilə bilməz. Bu nəqliyyat vasitələrinin limanda nə qədər saxlanılacağı bilinmir və onların hüquqi statusu qeyri-müəyyən olaraq qalır.



Әlaqәli Xәbәrlәr