Volodimir Zelenski neytral mövqe nümayiş etdirәn ölkәlәrә çağırış edib

Ukrayna prezidenti Volodimir  Zelenski bildirib ki, Rusiya üçün Ukraynaya hücum yalnız başlanğıcdır və Rusiya daha sonra digər ölkələri də ələ keçirmək istəyir.

1816838

Zelenski yayımladığı növbәti videomüraciətində deyb: "Rusiyanın Ukraynaya hücumu yalnız başlanğıc kimi nəzərdə tutulurdu. Sonra başqa ölkələri ələ keçirmək istəyirlər. Təbii ki, Rusiyanın hücümlarını dayandırmaq üçün lazımi  qədər özümüzü müdafiə edəcəyik".

Zelenski həmçinin müharibəyə reaksiya verməyən və Ukraynaya kömək etməyən neytral ölkələrə çağırış edərək, bunun çox riskli olduğunu və bu ölkələrin hər şeylәrini itirə biləcəyini bildirib..

Zelenski deyib: "Bizə kömək etməlisiniz, çünki bu yolda ilk olan biz idik".

Zelenski Ukraynanın tərəfdaşlarının istədikləri silahları ölkәinә çatdırdığını bildirib və bu ölkələrə təşəkkür edib.

Zelenski həmçinin Rusiya ordusunun nəzarəti altında olan ərazidəki ukraynalıları Rusiya qüvvələrinə müqavimət göstərməyə çağırıb.

Әlaqәli Xәbәrlәr