İsrail qırıcıları Qəzza zolağına hücum edib

İsrailin döyüş təyyarələri Qəzza zolağında Həmas Hərəkatının silahlı qanadı "İzəddin əl-Qəssam briqadaları"na aid ərazini hədəf aldığı bildirilib.

1815533
İsrail qırıcıları Qəzza zolağına hücum edib

İsrailin döyüş təyyarələri Qəzza zolağında Həmas Hərəkatının silahlı qanadı "İzəddin əl-Qəssam briqadaları"na aid ərazini hədəf aldığı bildirilib. 
İsrail qırıcıları Əl-Qəssəmə aid bir nöqtəyə bir neçə dəfə hücum edib.

Fələstin Səhiyyə Nazirliyi hücum nəticəsində yarana biləcək itki və ya xəsarətlə bağlı hələlik açıqlama verməyib.

Hücum İsrail ordusunun çərşənbə günü axşam saatlarında Qəzzadan İsrailin cənubundakı Sedirot şəhərinə raket atıldığını elan etməsindən bir neçə saat sonra baş verib. Qəzzadakı hadisəyə görə məsuliyyəti öz üzərinə götürən qruplardan heç bir açıqlama verilməyib.

Ramazan ayı başlayandan bəri başda Qüds, Məscidül-Əqsa və İordan çayının qərb sahilində gərginlik davam etsə də, israilli ifrat sağçı qrupların Məscidül-Əqsaya daxil olmaq cəhdləri və İçərişəhərdə nümayişlər keçirməkdə israrlı olmaları sabitliyin daha da pisləşməsi narahatlığı artırır.



Әlaqәli Xәbәrlәr