İqor Konaşenkov: ‘‘Ukraynaya mәxsus 12 hәrbi obyekt mәhv edilib’’

Rusiya Müdafiә Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynaya mәxsus 12 hәrbi obyektin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirib.

1815589

Rusiyanın paytaxtı Moskvada bәyanatlar verәn İqor Konaşenkov Rusiya ordusunun Ukraynanın hәrbi infrastrukturuna qarşı hücumlarını davam etdirdiyini deyib.

Dünәn gün әrzindә 73 hәrbi obyektin vurulduğunu ifadә edәn İqor Konaşenkov bunlar arasında 2 raket vә silah anbarının olduğunu bildirib.

Rusiya Müdafiә Nazirliyinin rәsmisi deyib: ‘‘Ukraynaya mәxsus 12 hәrbi obyekt yüksək dəqiqlikli raketlərlə vurulub. Bu günə qədər Ukrayna ordusuna məxsus 140 təyyarə, 106 helikopter, 498 pilotsuz uçuş aparatı, 254 hava hücumundan müdafiə  sistemi, 2 min 397 tank və zirehli texnika, 261 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1038 haubitsa ilə minaatan vә  2 min 244 hәrbi maşın mәhv edilib’’.

Әlaqәli Xәbәrlәr