Antonio Quterreş Ukraynada atәşkәsin elan edilmәsi ilә әlaqәdar çağırış edib

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş  Ukraynada atəşkəsin elan edilmәsi ilә bağlı çağırış edib.

1814840
Antonio Quterreş Ukraynada atәşkәsin elan edilmәsi ilә әlaqәdar çağırış edib

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş  Ukraynada atəşkəsin elan edilmәsi ilә bağlı çağırış edib.

BMT-nin qərargahında jurnalistlərə açıqlama verən Antonio Quterreş humanitar atəşkəsin mülki vətəndaşların münaqişə gözlənilən əraziləri tərk etməsi və yardımların çatdırılması üçün zəruri olduğunu bildirib.

Hazırda ölkədə 12 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunu və bu rəqəmin 15,7 milyona yüksəlməsinin gözlənildiyini bildirən Antonio Quterreş Pasxa bayramı  ilә әlaqәdar 4 günlük atәşkәsin elan edilmәsi ilә bağlı çağırış edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin müharibəyə son qoymaqla bağlı çağırışına qulaq asmalıdır.

Dmitro Kuleba bu barәdә rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Kuleba deyib:“Rusiya nəhayət BMT-nin baş katibini dinləməlidir  və müharibəyə son qoymalıdır’’.

Müharibədə yeganə təcavüzkar və işğalçının Rusiya olduğunu bildirәn Kuleba deyib: ‘‘Ukrayna hәr zaman sülh yolunu axtarmağa hazır olub vә hazırdır’’.



Әlaqәli Xәbәrlәr