Rusiya Amerika Birlәşmiş Ştatlarına nota verib

Rusiya Ukrayna ordusuna verdiyi silahlara görə Amerika Birlәşmiş Ştatlarına nota verdiyini bildirib.

1813089
Rusiya Amerika Birlәşmiş Ştatlarına nota verib

Rusiya Ukrayna ordusuna verdiyi silahlara görə Amerika Birlәşmiş Ştatlarına nota verdiyini bildirib.

Mәlumata әsasәn, Rusiya bu həftə ABŞ-ın Ukraynaya silah tədarükünü davam etdirməsinə rəsmi etiraz edərək, Dövlət Departamentini bu dəstəyin davam edəcəyi təqdirdə "gözlənilməz nəticələr" barədə xəbərdar edən diplomatik nota göndərib.

“Demarş” olaraq xarakterizə edilən notanın ABŞ Pezidenti Co Baydenin Ukrayna ordusuna helikopterlər, radar sistemləri, artilleriya və pilotsuz uçuş aparatları da daxil olmaqla 800 milyon dollarlıq yardım paketini açıqlamasından sonra gəlməsi diqqət çəkib.

Rusiyanın etirazlarına baxmayaraq Amerika Birlәşmiş Ştatlarının Ukraynaya hərbi dəstəyini yavaşlatmaq niyyәtindә olmadığı bildirilir.

Pentaqon bu həftə müdafiə şirkətlərinin rəhbərləri ilə görüşərək Ukraynanın döyüşmәyә davam etmәsi üçün ehtiyacı olacağı silahların necə artıracağını müzakirə edib.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

 



Әlaqәli Xәbәrlәr