Avstraliyadan Rusiyaya yeni sanksiya qərarı

Avstraliya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayan Rusiyanın strateji və iqtisadi əhəmiyyət kəsb edən 14 dövlət müəssisəsinə maliyyə sanksiyaları tətbiq edəcəyini açıqlayıb.

1812728
Avstraliyadan Rusiyaya yeni sanksiya qərarı

Avstraliya Xarici İşlər naziri Marise Payne departamentinin rəsmi internet saytında əks edən açıqlamasında bu barədə danışıb. O: “Sanksiya tətbiq ediləcək 14 qurum arasında Kamaz, Sevmaş, Rusiya Dəmir Yolları və Birləşmiş Gəmiqayırma kimi Rusiya üçün strateji əhəmiyyətə malik qurumlar iştirak edir. Avstraliya hökuməti bu sanksiyalar ilə Ukrayna ilə müharibə edən Rusiyanın iqtisadiyyatının gücləndirilməsinin qarşısını almağı məqsəd götürüb. Bu tətbiqlər nəticəsində Rusiya prezidenti Vladimir Putinin müharibəni maliyyələşdirmək imkanları azalacaq. Avstraliya hökuməti Ukraynanın suverenliyi, ərazi bütövlüyü və Ukrayna xalqını dəstəkləməyə davam edəcək”. Rusiyanı hərbi qüvvələrini Ukraynadan dərhal çıxarmağa çağırdıqlarını vurğulayan xarici işlər naziri Marise Payne Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri ölkəsinin 600-ə yaxın insana, ilk növbədə Putinin ailə üzvlərinə və Belarus prezidenti Aleksandr Lukaşenko olmaqla, hər iki ölkənin yüksək vəzifəli şəxsləri və rus oliqarxlarına qarşı sanksiya tətbiq etdiyini, Rusiyaya qarşı vuruşan Ukraynaya isə 137,6 milyon dollar dəyərində hərbi və humanitar yardım çatdırdığını xatırladıb.



Әlaqәli Xәbәrlәr