ABŞ-dan Ukraynaya yeni hərbi yardım

ABŞ prezidenti Cozef Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq silah və müdafiə yardımı edəcəklərini açıqlayıb.

1812091
ABŞ-dan Ukraynaya yeni hərbi yardım

ABŞ prezidenti Cozef Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq silah və müdafiə yardımı edəcəklərini açıqlayıb.

C.Bayden yazılı açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını bildirib:

“Mən Zelenskiyə bildirdim ki, biz onun ölkəsinə silah, sursat və digər müdafiə yardımlarını təsdiq etmişik”. 

Bayden deyib ki, Ukrayna ABŞ-ın verdiyi silahlardan çox səmərəli istifadə edir. Rusiya Donbas bölgəsində hücumlarını artırmağa hazırlaşarkən, biz Ukraynaya özünümüdafiə yardımını davam etdirəcəyik”.

Bayden bu yardımlarla Rusiyanın Ukraynanın şərqində gələcəkdə ediləcək hücumlara Ukraynanın da cavab verməsini təmin etmək istədiyini bildirərək, yardım paketində artilleriya sistemləri, artilleriya və zirehli hərbi maşınların yer alacağını, həmçinin hərbi vertolyotlar da göndərəcəklərini qeyd edib.

Bayden ABŞ və tərəfdaşlarının Ukraynaya verdiyi dəstəyin kritik əhəmiyyətini vurğulayıb:

"Bu yardımlar (Rusiya prezidenti Vladimir) Putinə Ukraynanı ələ keçirmək və ona nəzarət etmək məqsədinə nail ola bilməməsinə şərait yaradıb. İndi biz əlimiz bağlı dayana bilmərik. Zelenskiyə dedim ki, Birləşmiş Ştatlar Ukrayna xalqının azadlıq müharibəsində yanında olmağa davam edəcək. 

Baydenin açıqladığı yeni yardım paketi ilə ABŞ-ın 2021-ci ilin əvvəlindən Ukraynaya etdiyi müdafiə yardımının məbləği 3 milyard dollara çatıb.



Әlaqәli Xәbәrlәr