Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 130 təyyarə, 99 helikopter və 2 153 tank və zirehli texnikanı vurduqlarını söylәyib.

1811566
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 130 təyyarə, 99 helikopter və 2 153 tank və zirehli texnikanı vurduqlarını söylәyib.

İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Konaşenkov Rusiya qüvvәlәrinin Popasnaya yaşayış mәntәqәsi yaxınlığında Ukrayna ordusuna zәrbәlәr endirdiyini deyib. 

“Hücum nəticəsində 120-dən çox şəxsi heyət, 11 zirehli texnika və 14 avtomobil məhv edilib”,-deyә Rusiya Müdafiә Nazirliyinin mәtbuat katibi qeyd edib.

Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynaya məxsus 38 hərbi obyekti məhv etdiyini qeyd edən Konaşenkov bunların arasında Luqansk və Xarkov bölgələrində yerləşən silah-sursat anbarının da olduğunu bildirib.

Oçakov və Nikolayevdә 2 pilotsuz uçuş aparatını vurduqlarını ifadə edən Konaşenkov deyib:

“İndiyədək  Ukrayna ordusuna mәxsus 130 təyyarə, 99 helikopter, 244 hava hücumundan müdafiə sistemi, 445 pilotsuz uçuş aparatı, 2 153 tank və zirehli texnika, 241 reaktiv yaylım atəşi sistemi, 924 haubitsa və minaatan, 2 mindәn çox hərbi avtomobil vurulub’’.

Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibə başlayandan etibarən 765 mindən çox insanın təhlükəli bölgələrdən təxliyə edildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev paytaxt Moskvada verdiyi açıqlamada münaqişәnin  davam etdiyi bölgələrdən dinc sakinləri təxliyə etməyə davam etdiklərini bildirib.

Ukraynanın Xarkov və Mariupol şәhәrlәrindә mülki əhalinin təxliyyəsi üçün hər gün humanitar dəhlizlərin açıldığını qeyd edən Mizintsev Almaniya, Türkiyə və Fransanın təşəbbüsləri ilə Mariupoldan Berdyansk şəhərinə əlavə dəhlizlərin yaradıldığını bildirib.

Mizintsev bildirib ki, son 24 saat ərzində Ukraynanın təhlükəli bölgələrindən 3 482-si uşaq olmaqla 25 min 560 nəfər təxliyə edilib.

"İndiyədək 765 779 nəfər, o cümlədən 144 105 uşaq təxliyə edilib. Mariupolun şәrqindәki humanitar dәhlizlәr vasitәsinә 136 284 nəfər xilas edilib. Bunların 625-şi sutka әrzindә xilas edilib’’,-deyә Rusiya Müdafiә Nazirliyinin rәsmisi qeyd edib.

 



Әlaqәli Xәbәrlәr