Fransa Ukraynaya hərbi heyət göndərib

Fransa Rusiyanın “müharibə cinayətləri” ilə bağlı dəlilləri tapmaq üçün Ukraynaya məhkəmə-tibb ekspertlərinin də daxil olduğu hərbi heyət göndərib.

1811109
Fransa Ukraynaya hərbi heyət göndərib

Fransa Rusiyanın “müharibə cinayətləri” ilə bağlı dəlilləri tapmaq üçün Ukraynaya məhkəmə-tibb ekspertlərinin də daxil olduğu hərbi heyət göndərib.

Milli mətbuatda yer alan xəbərə görə, Fransa Daxili İşlər və Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, paytaxt Kiyev bölgəsi ətrafında dinc əhalinin öldürülməsindən sonra “müharibə cinayəti” təşkil edən əməllərin cəzasız qalmasının qarşısını almaq üçün Ukraynaya bir heyət göndərilib.

Açıqlamada bildirilib ki, Milli Jandarma Cinayət Araşdırma İnstitutunun (IRCGN) iki məhkəmə tibb həkimi və 15 jandarmdan ibarət cinayət yeri və diaqnostik eksperti olan qrup ukraynalı və beynəlxalq hakimiyyət orqanlarına qırğınların araşdırılmasında konkret dəstək verməkdə və sübutların müəyyən edilməsində və toplanmasında köməklik göstərəcək. 
Açıqlamada DNT toplanması və barmaq izinin identifikasiyası üzrə ekspert qrupunun müayinə və diaqnostika sistemi quracağı və komandanın Ukrayna səlahiyyətliləri ilə razılaşaraq Beynəlxalq Cinayət Məhkəməsinin istintaqına da töhfə verə biləcəyi bildirilib.

Fransanın Kiyevdəki səfiri Etienne de Ponkins "Twitter" hesabından etdiyi paylaşımda Ukraynanın Lvov şəhərinə gələn komandanı salamlamaqdan qürur duyduğunu və Fransanın belə yardım edən ilk ölkə olduğunu və komandanın dərhal fəaliyyətə başlayacağını qeyd edib.

Rusiya Müdafiə Nazirliyi Fransanın göndərdiyi qrupun “qərəzsiz araşdırma apara bilməyəcəyini” müdafiə edib.

Ukraynanın baş prokuroru İrina Venicetova "Sky News" telekanalına verdiyi açıqlamada təkcə Kiyev ətrafında 1222 mülki cəsədin tapıldığını, Ukraynanın hər yerində hərbi cinayətlər və insanlığa qarşı cinayətlərin törədildiyini bildirib.

Fransa Milli Terrorla Mübarizə Prokurorluğundan (PNAT) verilən açıqlamada Ukraynada Fransa vətəndaşlarına qarşı mümkün hərbi cinayətləri araşdırmaq üçün 3 araşdırmanın başladığı açıqlanıb.

PNAT martın 14-də fransız-irlandiyalı jurnalist Pierre Zakrzewskinin öldürülməsindən sonra martın 16-da "müharibə cinayətləri" ilə bağlı istintaqa başlayıb.



Әlaqәli Xәbәrlәr