Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynadakı 4 yanacaq bazasını dənizdən və havadan yüksək dəqiqlikli raketlərlə vurduqlarını bildirib.

1808908
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynadakı 4 yanacaq bazasını dənizdən və havadan yüksək dəqiqlikli raketlərlə vurduqlarını bildirib.

İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Separatçıların silahlı birləşmələrinin Sladkoe şəhərini nəzarətə götürdüyünü deyən Konaşenkov Rusiya ordusunun Ukraynanın hərbi infrastrukturlarına zərbələr endirməyə davam etdiyini bildirib. Konaşenkov deyib: “Gecə radәlәrindә Nikolayev, Zaporojya, Xarkov və Çuqiydə Ukrayna hərbi bölmәlәrini  yanacaqla təmin edən 4 yanacaq bazası dənizdən və havadan yüksək dəqiqlikli raketlərlə vurulub”.

“Bu günə qədər Ukraynaya məxsus 125 təyyarə, 93 helikopter, 413 pilotsuz uçuş aparatı (PUA), 227 hava hücumundan müdafiə raket sistemi, 1987 tank və zirehli texnika, 218 reaktiv yaylım atəşi sistemi, 866 haubitsa və minaatan, 1894 xüsusi hərbi avtomobil məhv edilib”,-deyә Rusiya Müdafiә Nazirliyinin mәtbut katibi qeyd edib.                                                                                                                                                                        



Әlaqәli Xәbәrlәr