Polşa: 7 milyon 300 min ukraynalı qaçqın Polşada qala bilər

Polşada qalma ehtimalı olan ukraynalı qaçqınların sayının 2 milyon 800 mindən 7 milyon 300 minə artırdıqlarını açıqlayıb.

1808878
Polşa: 7 milyon 300 min ukraynalı qaçqın Polşada qala bilər

Polşanın fondlar və regional siyasət nazirinin müavini Małgorzata Jarosińska-Jedynak Polşada qalma ehtimalı olan ukraynalı qaçqınların sayını 2 milyon 800 mindən 7 milyon 300 minə artırdıqlarını açıqlayıb.

Małgorzata Jarosińska-Jedynak açıqlamasında bildirib ki, Polşa indiyədək 2,5 milyona yaxın ukraynalı qaçqını qəbul edib.

Ukraynalı qaçqınların bir hissəsinin başqa ölkələrə getdiyinə diqqət çəkən Jedynak təhlillərə görə, müharibə davam edəcəyi təqdirdə 11 milyon ukraynalının öz ölkələrini tərk edə biləcəyini bildirib.

Jedynak daha çox qaçqını qəbul edə biləcəklərini ifadə edib:

“7 milyon 300 min qaçqın Polşada qala bilər”. 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı fevralın 24-də müharibə başlayandan bəri 4 milyon 215 min ukraynalının ölkəni tərk etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr