Pakistan prezidenti parlamenti buraxdı

Yerli mətbuatın yazdığına görə...

1806304
Pakistan prezidenti parlamenti buraxdı

 

    Pakistan prezidenti Arif Alvi parlamenti buraxdı.

  Yerli mətbuatın yazdığına görə, prezident A.Alvi baş nazir İmran Xanın çağırışından sonra parlamentin buraxılması barədə rəsmi məlumat verib.

  Pakistan informasiya və yayım nazirinin müavini Faruk Həbib “Twitter” səhifəsində seçkilərin 90 gün ərzində keçiriləcəyini açıqlayıb.

  Xatırladaq ki, Pakistanın baş naziri İmran Xana etimadsızlıq səsverməsi parlamentin sədr müavini Kasım Suri tərəfindən “konstitusiyanın 5-ci maddəsinə zidd olduğu” maddəsi ilə rədd edilmişdi.

  Konstitusiyanın 5-ci maddəsində deyilir: "Dövlətə sədaqət hər bir vətəndaşın əsas borcudur. Konstitusiyaya və qanunlara tabe olmaq, harada olurlarsa olsunlar, hər bir Pakistan vətəndaşının və hər kəsin borcudur".

  İmran Xanın əleyhinə etimadsızlıq təklifi martın 28-də parlamentdə 161 lehinə səslə təsdiqlənmişdi.

  Hökumətin müttəfiq olduğu partiyaların etimadsızlıq səsverməsində müxalifətin tərəfinə keçəcəyini bəyan etməsindən sonra parlamentin üstünlüyü müxalifət blokuna keçmişdi.



Әlaqәli Xәbәrlәr