V.Boyçenko: ‘‘Mariupolda indiyәdәk 5 min adam hәlak olub’’

Ukraynanın Mariupol şәhәrindә indiyәdәk 210-u uşaq olmaqla 5 min insan hәlak olub.

1803333
V.Boyçenko: ‘‘Mariupolda indiyәdәk 5 min adam hәlak olub’’

Ukraynanın Mariupol şәhәrindә indiyәdәk 210-u uşaq olmaqla 5 min insan hәlak olub.

Bu barәdә Mariupol şәhәrinin meri V.Boyçenko mәlumat verib. Boyçenko bildirib ki, mühasirәdәn әvvәl şәhәri 140 min, mühasirәdәn sonra isә 150 min nәfәr tәrk edib. Hazırda Mariupolda 160 min adam var.

V.Boyçenko bombardmanlar nəticəsində şəhərdəki mənzillərin və evlərin təxminən 90 faizi, 7 xəstəxana, 3 poliklinika, 3 doğum evi, 7 universitet, 57 məktəb, 70 uşaq bağçası, 2 fabrik və bir limanın zәrәr gördüyünü qeyd edib.



Әlaqәli Xәbәrlәr