İsveçdə uşaqları əllərindən alınan müsəlmanlar 8-ci dəfə nümayişə çıxdılar

Fevralın 7-dən ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirən ailələr 8-ci dəfə Göteborqun Göteplatsen meydanına toplaşıb

1798779
İsveçdə uşaqları əllərindən alınan müsəlmanlar 8-ci dəfə nümayişə çıxdılar

 

  İsveçin Göteborq şəhərində uşaqları götürülən müsəlman valideynlər sosial xidmət müəssisəsinə etiraz ediblər.

  Fevralın 7-dən ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirən ailələr 8-ci dəfə Göteborqun Göteplatsen meydanına toplaşıb.

  Əllərində uşaqlarının şəkillərini daşıyan valideynlər övladlarının geri qaytarılmasını istədiklərini bildirən şüarlar səsləndiriblər.

  Etirazı dəstəkləyən Fərqli Rənglər Partiyasının sədri Mikayıl Yüksel İsveçdə son bir ildə yüzlərlə müsəlman ailənin uşaqlarının əlindən alındığını bildirib: "Bunların içində uşaqları əlindən haqlı alınanlar da var, ədalətsiz alınanlar da. Biz haqsızlığa məruz qalan ailələri müəyyənləşdirməyə və qanuni şəkildə onlara kömək etməyə çalışırıq".

 



Әlaqәli Xәbәrlәr