Vladimir Zelenski verdiyi dәstәyә görә Rәcәb Tayyib Әrdoğana tәşәkkür edib

Ukrayna prezidenti Vladimir Zelenski dünən Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanla telefon әlaqәsi saxlayaraq ona verdiyi dәstәyә görә tәşәkkür edib.

1796981
Vladimir Zelenski verdiyi dәstәyә görә Rәcәb Tayyib Әrdoğana tәşәkkür edib

Ukrayna prezidenti Vladimir Zelenski dünən Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanla telefon әlaqәsi saxlayaraq ona verdiyi dәstәyә görә tәşәkkür edib.

Vladimir Zelenski yeni videomüraciətində ilkin prioritetinin Ukrayna dövlətinin müdafiəsi olduğunu vurğulayıb. Zelenski deyib:  "Danışıqlardakı ilkin prioritetlәrim tamamilə aydındır. Müharibənin sona çatması, təhlükəsizliklә bağlı tәminatlar, suverenliyin vә  ərazi bütövlüyünün yenidәn tәmin  edilmәsi, ölkəmiz üçün real təminatların verilməsi vә  ölkəmizin həqiqi müdafiəsi”.

Rusiya əsgərlərinə müraciət edən Zelenski onlara Ukraynada döyüş meydanında ölməkdənsə, silahlarını yerə qoymağı təklif edib.

"Silahını yerə qoyan hər bir rus əsgərinin şansı olacaq. Sağ qalmaq şansı. Mən xüsusilә onlara müraciәt edirәm. Silahlarınızı yerə qoyun. Bu, döyüş meydanında, bizim torpağımızda ölməkdən yaxşıdır”,-deyә Ukrayna prezidenti vurğulayıb.

Ukrayna lideri bildirib ki, Rusiya təyyarələri mühasirədə olan Mariupolda yüzlərlə insanın gizləndiyi teatra qəsdən güclü bomba atıb, nəticədə bina dağıdılıb.

Vladimir Zelenski deyib: "Ölənlərin sayı hələ məlum deyil. Rusiyanın xalqımıza, Mariupolumuza, Donetsk bölgəmizə etdiklərinə görə ürəyim parçalanır. Rusiya vətəndaşları.Mariupol blokadası II Dünya Müharibəsi zamanı Leninqrad blokadasından nə ilə fərqlənir?" .

Sanksiyalara baxmayaraq  Rusiyanın hələ də Ukraynaya hücum etmәyә davam etdiyini qeyd edən Ukrayna prezidenti Vladimir  Zelenski bu səbəbdən Rusiyaya qarşı yeni sanksiya paketlərinə ehtiyac olduğunu, dünyanın nəhayət Rusiyanın terrorçu dövlətə çevrildiyini rəsmi şәkildә  qəbul etmәsi və ən əsası Ukraynanın daha çox dəstəyə ehtiyacı olduğunu vurğulayıb.

Vladimir Zelenski Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə keçirdiyi görüşdә  Avropa ölkələrinə sığınan Ukrayna vətəndaşlarının dәstәklәnmәsi mәsәlәsindә razılıq әldә etdiklәrini dilә gәtirib.

Vladimir Zelenski həmçinin gün ərzində Ukraynanın dostları olan  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Kanadanın baş naziri Castin Trudo ilə görüşdüyünü vә onlara verdiklәri dәstәyә görә tәşәkkür etdiyini sözlәrinә әlavә edib.

Qeyd edәk ki, Rusiya fevralın 14-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

 



Әlaqәli Xәbәrlәr