Rusiya Müdafiә Nazirliyinin sözçüsü: ‘‘Bәzi Qәrb ölkәlәri Ukraynaya muzdlu döyüşçülər göndәrir’’

‘‘Biz onların harada olduğunu bilirik, ora hücumlar edəcəyik”,-Rusiya Müdafiә Nazirliyinin sözçüsü deyib.

1795562
Rusiya Müdafiә Nazirliyinin sözçüsü: ‘‘Bәzi Qәrb ölkәlәri Ukraynaya muzdlu döyüşçülər göndәrir’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü  İqor Konaşenkov bildirib ki, bəzi Qərb ölkələri Ukraynaya xarici muzdlu döyüşçülər göndərir.

‘‘Biz onların harada olduğunu bilirik, ora hücumlar edəcəyik”,-Rusiya Müdafiә Nazirliyinin sözçüsü deyib.

Konaşenkov paytaxt Moskvada ölkəsi ilə Ukrayna arasında gedən müharibə ilə bağlı açıqlama verib.

Rusiya ordusunun və Donbasdakı qondarma separatçı administrasiyaların Ukraynada irəliləməyə davam etdiyini qeyd edən Konaşenkov deyib:

“Ukraynaya məxsus 145 pilotsuz uçuş aparatı (PUA), 1298 tank və müxtəlif zirehli texnika, 124 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 469 haubitsa və minaatan, 1047 xüsusi təyinatlı hərbi texnika məhv edilib”.

Ukraynanın Donetsk şəhərinə hücum təşkil etdiyini dilə gətirən Konaşenkov Ukraynanın müdafiə sənayesi fabriklərini məhv edəcəklərini bildirib.

Konaşenkov  deyib:“Belə müəssisələrdə çalışanları və bu müәssisәlәrin ətrafındakı evlərdə yaşayanları təhlükəli əraziləri tərk etməyə çağırırıq”.

Ukraynada xarici muzdlu döyüşçülərin olduğunu qeyd edən İqor Konaşenkov deyib: "Bəzi Qərb ölkələri öz vətəndaşlarını dövlət səviyyəsində muzdlu əsgər kimi Ukraynaya getməyə təşviq edirlər. Bu əcnəbi vətəndaşların ölümünə görə öz ölkələri məsuliyyət daşıyacaq. Biz bütün əcnəbi muzdlu döyüşçülərin Ukraynada harada olduğunu bilirik. Biz onların olduğu yerlәrә hücumlar edәcәyik’’.

Bu arada Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdən gәlәcәk və Rusiya tərəfində döyüşәcәk “könüllü döyüşçülərin” Ukraynadakı münaqişə bölgələrinə göndәrilmәsi ilә әlaqәdar göstəriş verib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr