ABŞ dövlәt katibinin müavini Türkiyәyә sәfәr edәcәk

Amerika Birlәşmiş Ştatları dövlәt katibinin müavini Vendi Şerman Rusiya ilә Ukrayna arasındakı müharibәni müzakirә etmәk üçün Türkiyә, İspaniya, Mәrakeş,Әlcәzair vә Misirә sәfәr edәcәk.

1789457

Bu barәdә ABŞ Dövlәt Departamentindәn verilәn bәyanatda bildirilib. Bәyanatda Şermanın İstanbul vә Ankaradan sonra Madrid, Rabat, Kasablanka, Әlcәzair vә Qahirәyә sәfәr edәcәyi qeyd olunub.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Amerika Birlәşmiş Ştatları dövlәt katibinin müavini Vendi Şerman Putinin Ukraynaya qəsdən, əsassız və hüquqsuz müdaxiləsini müzakirə etmək üçün martın 4 vә 5-dә  xarici işlər nazirinin müavini Sedat Önal və digər rəsmilərlə görüşəcək. Dövlət katibinin müavininin keçirәcәyi görüşlәrdә ABŞ-Türkiyə əməkdaşlığı və Ukraynanı dəstəkləmək mәsәlәsindәki  ortaq maraqlarımız müzakirə olunacaq’’.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr