Antonio Quterreş: ‘‘Ukrayna ilə bağlı son hadisələr məni narahat edir’’

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş Rusiyanın Donetsk vә Luqansk vilayәtlәrinin qondarma müstәqilliyini tanıması ilә bağlı qәrarını qiymәtlәndirib.

1783827

Birlәşmiş Millәtlәr Tәşkilatının Nyu Yorkdakı baş qәrargahında jurnalistlәrә bәyanatlar verәn Antonio Quttereş Rusiya ilә Ukrayna arasındakı tәmas xәtdindә atәşkәs rejiminin pozulması vә bölgәdә gәrginliyin artmasına toxunaraq deyib: “Ukrayna ilə bağlı son hadisələr, o cümlədən atəşkəs rejiminin pozulması ilə bağlı xəbərlər məni dərindən narahat edir. Rusiya Federasiyasının Donetsk və Luqansk vilayətlərinin  qondarma müstəqilliyini tanıması Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasıdır. Belə bir münaqişə BMT nizamnaməsi prinsiplərinə birbaşa ziddir”.

Antonio Quttereş Ukrayna sarhәdindә yaşanan problemin son illәrdә qlobal sülhü hәdәf alan әn ciddi tәhlükәsizlik böhranı olduğunu söylәyib.

Antonio Quttereş Ukraynanın Donbas ərazisindəki rus hərbçilərini sülhməramlı hesab etmәdiyini bildirib.

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi tərəfləri bu kritik anda dərhal atəşkəsə əməl etməyə və qanunun aliliyinin bərpasına çağırıb.

Әlaqәli Xәbәrlәr