Putinin qərarına göstərilən reaksiyalar

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində qondarma administrasiyasını tanımasına reaksiyalar gecikməyib.

1782517
Putinin qərarına göstərilən reaksiyalar

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində qondarma administrasiyasını tanımasına reaksiyalar gecikməyib.

“Rusiya Ukraynanı işğal etmək üçün bəhanə axtarır” deyə açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Rusiyanın qərarını pislədiyini bildirib.

Rusiyanın da daxil olduğu BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təsdiq etdiyini xatırladan Stoltenberq deyib:

"Donetsk və Luqansk Ukraynanın bir hissəsidir. Moskva separatçılara maliyyə və hərbi dəstək verməklə Ukraynanın şərqindəki münaqişəni qızışdırır. Rusiya da növbəti dəfə Ukraynanı işğal etmək üçün bəhanə yaratmağa çalışır".

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Aİ Şurasının sədri Çarlz Mişel, Avropa Parlamentinin sədri Roberta Metsola və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell eyni vaxtda sosial media hesablarında Rusiyanın qondarma Donetsk və Luqansk xalq respublikalarının tanınması barədə qərarına reaksiya göstərib.
Birgə mesajda aşağıdakı ifadələr yer alıb:

"Ukraynada iki separatçı bölgənin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının açıq şəkildə pozulmasıdır. Aİ və tərəfdaşları Ukrayna ilə həmrəylik içində birlik və qətiyyətli şəkildə reaksiya verəcəklər".

ABŞ prezidenti Co Bayden Rusiyanın müstəqilliyini tanıdığı Donetsk və Luqansk bölgələri ilə ticarəti qadağan edən fərman imzalayıb.

Ağ Ev Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə reallaşdırdığı telefon danışığı ilə bağlı da yazılı açıqlama verib.

Buna görə, Rusiyanın Donbasdakı separatçıların qondarma hakimiyyətini tanıması qərarının və bundan sonra atılacaq addımların müzakirə edildiyi toplantıda Bayden Putinin bu qərarını sərt şəkildə qınadıqlarını bildirib.

Görüş zamanı Bayden Zelenskiyə Rusiyanın Ukraynaya qarşı işğal addımına sanksiyalarla “güclü” cavab verməsi barədə məlumat verib və rəsmi Kiyevə tam dəstəyini ifadə edib.

ABŞ dövlət katibi Antoni Blinken də yazılı açıqlama verərək, Rusiya prezidenti Putinin qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nı tanımaq qərarını şiddətlə qınadıqlarını açıqlayıb.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Blinken ukraynalı həmkarı Dmitro Kuleba ilə telefonla danışıb və Rusiyanın Ukraynanın şərqindəki qondarma respublikaların müstəqilliyini tanımaq qərarına ABŞ-ın sürətli reaksiyasını çatdırıb.

Blinkenin ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini çatdırdığı bildirilən açıqlamada iki nazirin Rusiyanın qərarına qarşı açıqlanan sərt tədbirləri müzakirə etdiyi və əlavə tədbirlərin görülməsini təsdiqlədiyi qeyd edilib.

Açıqlamada Blinkenin bu məsələləri həll etmək üçün Ukraynanın xarici işlər naziri Kulebanı bu gün Vaşinqtonda görməyi səbirsizliklə gözlədiyi bildirilir.

İngiltərənin Baş naziri Boris Conson “Putinin qərarı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır” deyərək Moskvaya qarşı sanksiyalar elan edəcəklərini, bütün sübutların Putinin genişmiqyaslı işğala hazırlaşdığını göstərdiyini vurğulayıb.

Almaniya kansleri Olaf Şolz da Rusiyanın bu addımını pislədiyini bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok isə, Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını tanımaq qərarından geri çəkilməsini istəyib.

Fransa BMT Təhlükəsizlik Şurasını növbədənkənar iclasa çağırıb.

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Putinin verdiyi qərarla beynəlxalq öhdəliklərini pozduğunu bəyan edərək, Avropadan bu ölkəyə qarşı sanksiyalarla bağlı qərar qəbul etməsini tələb edib.

İtaliyanın xarici işlər naziri Luici Di Maio da “Rusiya hakimiyyətinin qondarma separatçı "Luqansk və Donetsk respublikaları"nı tanımaq qərarı Minsk razılaşmalarını pozduğu üçün qınanmalı və diplomatik həll axtarışlarına ciddi maneə yaratdığı üçün pislənməlidir. İtaliya Ukraynanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində torpaq bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edir” ifadələrindən istifadə etmişdir.

Yaponiyanın Baş naziri Kişida Fumio da Putinin Ukraynanın şərqindəki separatçı hökumətləri rəsmən tanımaq qərarını qətiyyətlə pislədiklərini bildirib.

Kişida Fumio mətbuat konfransında qeyd edib ki, Rusiyanın qondarma "Donetsk və Luqansk respublikaları"nı tanıması Minsk Sülh Sazişinə və beynəlxalq hüquqa ziddir.

K. Fumio “Rusiyanın addımları Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozur. İşğal baş verərsə, Yaponiya vəziyyəti daim izləyəcək və sanksiyalar da daxil olmaqla sərt cavab vermək üçün G7 ölkələri və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək" deyib.

Yaponiyanın xarici işlər naziri Hayashi Yoşimasa keçirdiyi mətbuat konfransında Rusiyanın qondarma "Donetsk və Luqansk respublikaları"nı tanıma qərarını pislədiyini və bunun "Ukraynanın suverenliyini və beynəlxalq hüququ pozduğunu" söyləyib.

Avstraliyanın Baş naziri Skott Morrison da Putinə reaksiya verib:

"Rusiya geri addım atmalıdır. Qeyd-şərtsiz öz sərhədləri arxasına çəkilməli və qonşularını təhdid etməyi dayandırmalıdır". 

Çin Ukrayna böhranında tərəflərə təmkinli olmağı tövsiyə edərək problemi dialoq və danışıqlar yolu ilə həll etməyə çağırıb. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) verilən yazılı açıqlamada isə, Putinin qərarı sərt şəkildə pislənərək, “Bu addım beynəlxalq hüququn prinsiplərinə və ATƏT-in əsas prinsiplərini və Minsk razılaşmalarını pozur" deyilib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nı tanımaq qərarından geri çəkilməsini istədikdə, Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi Rusiyanın bu qərarı tanımasından söhbət gedə bilməyəcəyini vurğulayıb.

Cənubi Koreya prezidenti Mun Çje İn də Milli Təhlükəsizlik Şurasının iclasında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bəyan edərək, ölkəsinin böhranın sülh yolu ilə həllinə nail olmaq səylərində iştirak edəcəyini bildirib.

Hollandiyanın Baş naziri Mark Rutte Putini "tam paranoyak" adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə də ölkəsinin Ukraynadakı vəziyyəti həssaslıqla izlədiyini bildirib və bütün tərəfləri təmkinli olmağa çağırıb.

Gürcüstan, Slovakiya, Çexiya, Hollandiya və İrlandiya da Rusiyanın qərarına reaksiya verib.



Әlaqәli Xәbәrlәr