Donbasda dinc vətəndaşlardan biri ölüb

Ukraynanın şərqindəki Donbasda separatçıların açdığı atəş nəticəsində 2 Ukrayna əsgəri və 1 mülki vətəndaşın həlak olduğu, 4 əsgərin isə yaralandığı bildirilib.

1782518
Donbasda dinc vətəndaşlardan biri ölüb

Ukraynanın şərqindəki Donbasda separatçıların açdığı atəş nəticəsində 2 Ukrayna əsgəri və 1 mülki vətəndaşın həlak olduğu, 4 əsgərin isə yaralandığı bildirilib.

Ukrayna polisinin verdiyi açıqlamada Zaytsevedə separatçıların açdığı atəş nəticəsində 2 Ukrayna əsgərinin öldüyü, 3-nün isə yaralandığı bildirilib. Vodyan bölgəsində bir əsgərin yaralandığı bildirilib.

Bundan əlavə, Donetsk Regional Administrasiyasının başçısı Pavel Kirilenko Novoluqanskedə bir dinc sakinin separatçıların atəşi nəticəsində həlak olduğunu açıqlayıb.

Bu arada bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukraynanın şərq xəttində atəşkəs rejiminin pozulması hallarının artması ilə bağlı son xəbərlərdən dərin narahatdır və bütün tərəfləri təmkinli olmağa çağırıb.

Xatırladaq ki, Ukraynanın paytaxtı Kiyevdə 2013-cü il noyabrın 21-də dövrün prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı (Aİ) Assosiasiya sazişini imzalamamasından sonra nümayişlər başlayıb.

Yanukoviç 2014-cü ilin fevralında nümayişlər artıqdan sonra ölkədən qaçmış, daha sonra Rusiya tərəfdarı separatçılar ölkənin şərqindəki Donbas bölgəsindəki Donetsk və Luqansk şəhərlərində qondarma müstəqilliklərini elan ediblər.

2014-cü ildən bəri separatçılarla Kiyev hökuməti arasında gedən toqquşmalarda 13 mindən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr