Baş nazir Petr Fiala: “Ukraynalı miqrantları qəbul etməyə hazırıq”

Çexiyanın baş naziri Petr Fiala bəyan edib ki, ölkəsi Rusiya ilə Ukrayna arasında gərginliyin artacağı təqdirdə ukraynalı qaçqınları qəbul etməyə hazırdır.

1778990
Baş nazir Petr Fiala: “Ukraynalı miqrantları qəbul etməyə hazırıq”

Baş nazir Fiala jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Ukraynaya maliyyə yardımını artırmağı planlaşdırmır, lakin gözlənilməz halda ukraynalıları qəbul etməyə hazırdır. Sərhəd qonşuları Slovakiyaya da kömək etməyə hazır olduqlarını ifadə edən Petr Fiala, zərurət olduğu halda Slovakiya-Ukrayna sərhədinə təhlükəsizlik qüvvə cəlb edəbiləcəklərini qeyd edib.

Çexiyanın Kiyevdəki səfirliyinin bağlanmadığını, lakin diplomatların ailələrinin ölkəni tərk etdiyini xatırladan Baş nazir Fiala Ukraynada 50-yə yaxın diplomatlarının işlərinin başında olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr