Ötən ay Yəməndə 234 dinc sakin öldürülüb

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Yəməndəki qarşıdurmalarda ölənlərlə bağlı hesabat yayıb.

1777023
Ötən ay Yəməndə 234 dinc sakin öldürülüb

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Yəməndəki qarşıdurmalarda ölənlərlə bağlı hesabat yayıb.

Hesabatda Yəməndə yanvar ayında 234 mülki şəxsin öldürüldüyü və bunun 3 ildir davam edən qarşıdurmada bir ayda ən yüksək rəqəm olduğu vurğulanıb.

Yəməndə davam edən qarşıdurmanın davam etməsinin "2021-ci ilin son rübündən 2022-ci ilə qədər vəziyyətin pisləşməsi ilə" dinc əhali arasında ağır itkilərə səbəb olduğu vurğulanan hesabatda, 2021-ci ildə gündə orta hesabla 7 nəfər olmaqla cəmi 769 mülki vətəndaşın öldürüldüyü 1739 nəfərin isə yaralandığı bildirilib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə husilərlə hökumətə bağlı qüvvələr arasında toqquşmalar gedir.

Husilər 2014-cü ilin sentyabrından paytaxt Sananı və bəzi bölgələri nəzarətdə saxlasa da, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.



Әlaqәli Xәbәrlәr