Mahmud Abbas beynəlxalq ictimaiyyəti İsrailə təzyiq etməyə çağırıb

Fələstin dövlət başçısı Mahmud Abbas bəyan edib ki, beynəlxalq ictimaiyyət fələstinlilərə qarşı tətbiqlərini dayandırmaq üçün İsrailə təzyiq göstərməlidir.

1776933

Fələstinin rəsmi xəbər agentliyinin (WAFA) məlumatına görə, Mahmud Abbas İordan çayının qərb sahilinin Ramallah şəhərində Almaniyanın xarici işlər naziri Annalena Baerboku qəbul edib.

İsrailin fələstinlilərə qarşı tətbiq etdiyi tətbiqlərin iki dövlətli həlli məhv edərək sülh səylərinə zərbə vurduğunu ifadə edən Abbas Almaniya, Avropa İttifaqıcvə beynəlxalq ictimaiyyətin bu cür tətbiqlərə son qoyması üçün İsrailə təzyiq göstərməsinin vacibliyinə diqqət çəkib.

Abbas vurğulayıb ki, Fələstin tərəfi İsrailin işğalını və işğal olunmuş ərazilərdəki irqçi əməllərini davam etdirməyə çalışdığı mövcud vəziyyətin davam etməsini qəbul etməyəcək.

Almaniya naziri Baerbok da ölkəsinin beynəlxalq legitimlik qərarlarına uyğun olaraq sülh və iki dövlət həllini dəstəkləmək öhdəliyinə sadiq qaldığını bildirib və Fələstin xalqına iqtisadi dəstəyin davam edəcəyini dilə gətirib.

Әlaqәli Xәbәrlәr