Rusiya-Belarus birgə hərbi təlimi başlayıb

Rusiya və Belarusun “Müttəfiqlərin qətiyyəti-2022” birgə hərbi təlimi Belarus ərazisində başlayıb.

1776385
Rusiya-Belarus birgə hərbi təlimi başlayıb

Rusiya və Belarusun “Müttəfiqlərin qətiyyəti-2022” birgə hərbi təlimi Belarus ərazisində başlayıb.

Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, təlimdə Belarus Silahlı Qüvvələrinin bəzi hərbi hissələri və Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin hərbi hissələri iştirak edir.

2 S-400 və Pantsir-S hava hücumundan müdafiə raket sistemi və 12 Rusiya Su-35 qırıcısının daxil olduğu təlim Belarusdakı ərazilərindəki Obuz-Lesnovskiy, Osipovicskiy, Brestskiy, Gojskiy, Domanovskiy poliqonları və Baranovic, Luninets, Lida, Maçulişçi hərbi hava bazalarında keçirilir.

İki ölkənin hərbi qüvvələrinin nəzarətdə olacağı təlim “kənardan hücumların qarşısının alınması, terrorla mübarizə, sərhədlərin qorunması və Birlik dövlətinin maraqlarının qorunması” məqsədi ilə keçirilib.

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun dekabrda əldə etdiyi razılaşmaya uyğun olaraq həyata keçirilən təlim fevralın 20-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr