Yəməndəki münaqişəni izləyən jurnalist öldürülüb

Yəmənin şimal-qərbindəki Həcc şəhərində hökumət qüvvələri ilə husilər arasında baş verən toqquşmaları işıqlandıran jurnalist Mərvan Yusuf öldürülüb.

1774292
Yəməndəki münaqişəni izləyən jurnalist öldürülüb

Yəmənin şimal-qərbindəki Həcc şəhərində hökumət qüvvələri ilə husilər arasında baş verən toqquşmaları işıqlandıran jurnalist Mərvan Yusuf öldürülüb.
Yəmənin informasiya nazirinin müavini Əbdülbasit əl-Qaidi öz "Twitter" hesabında mətbuat nümayəndəsi Mervan Yusifin Həcc şəhərinin Harad rayonunda baş verən qarşıdurmaları izləyən zaman öldüyünü açıqlayıb.

Kaidi Yusifin ailəsinə başsağlığı verib. Husilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Yəmən ordusu ötən gün husilərlə qarşıdurma çərçivəsində Harad şəhərinin ordu qüvvələri tərəfindən mühasirəyə alındığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr