Vyanada daha bir məscidə hücum təşkil edilib

Avstriyanın paytaxtı Vyanada separatçı terror təşkilatı PKK tərəfdarları Avstriya Türk-İslam Mədəniyyəti və Sosial Yardım Birliyinin (ATİB) Mərkəz Məscidindən sonra bu dəfə də 16-cı məhəllədə daha bir məscidə hücum edib.

1773331
Vyanada daha bir məscidə hücum təşkil edilib

ATİB-in mərkəzi binasının birinci mərtəbəsində şüşələri sındıran terror tərəfdarları 16-cı məhəllədə yerləşən Əbubəkir məscidinin müvəqqəti ibadət yerinin xarici divarına terror təşkilatının təbliğatını əks etdirən yazılar yazıblar. Türkiyənin Vyana səfiri Ozan Ceyhun Reqaip Qəndilinin idrak edildiyi bir gecədə iki məscidə hücumun narahatlıq yaratdığını, hadisiləri törədən xainlərin videogörüntülərinin aidiyyatı orqanlara verildiyini bildirib. Terrorçuların dərhal tutularaq ədalətin qarşısına çıxarılmasına əminliyini ifadə edən səfir: “ Vətəndaşlarımız narahat olmasın, lazımlı addımların atılması üçün səlahiyyətli orqanlarla əlaqə saxlayırıq. Belə hadisələrin qarşısının alınması hər cür əməkdaşlığa hazırıq”.

Avstriyanın İnteqrasiya Naziri Susanne Raab da ibadət azadlığının əhəmiyyətini vurğulayıb və hücumu lənətlədiklərini bildirib.

 Hakim Yaşıllar Partiyasının İnteqrasiya Sözçüsü Faika Əl-Neqaşi də ATİB-ə hücumu şiddətlə qınadığını bildirib və belə hadisələrin ibadət azadlığı ilə yanaşı demokratiyaya da zidd olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr