Co Bayden Myanmada hәyata keçirilәn hәrbi çevrilişin ildönümü ilә әlaqәdar bәyanat yaydı

Co Bayden Myanmada hәyata keçirilәn çevirilişin birinci ildönümü ilә bağlı yazılı açıqlama verib.

1771678
Co Bayden Myanmada hәyata keçirilәn hәrbi çevrilişin ildönümü ilә әlaqәdar bәyanat yaydı

 

Amerika Birləşmiş Ştatlarının  prezidenti Co Bayden Myanmada hərbi çevrilişin birinci ildönümündә ölkәdә demokratiyanın bәrpa edilmәsi ilә әlaqәdar çağırış edib, hәmçinin ordunun mülki vәtәndaşlara qarşı atdığı addımları pislәyib.

Co Bayden Myanmada hәyata keçirilәn çevirilişin birinci ildönümü ilә bağlı yazılı açıqlama verib.

“Hərbi rejim rәhbәrliyi ələ keçirəndən sonra mülki vәtәndaşlara qarşı,  o cümlədən uşaqlara qarşı təsviri mümkün olmayan cinayətlər törədib”,-deyә Amerika Birlәşmiş Ştatları prezidenti vurğulayıb.

Co Bayden indiyədək Myanmada 1500-dən çox insanın öldürüldüyünü və minlərlə insanın haqsız yerə həbs edildiyini bildirib.

“Bu çevriliş bütün Myanmada şiddətli iztirablara səbəb olub.Çevriliş  regional sabitliyi pozsa da, rejim liderləri və tərəfdarları yaratdıqları xaosdan istifadə etməyə çalışıblar”,-deyә Co Bayden qeyd edib.

Myanmada milyonlarla insanın humanitar yardıma ehtiyacı olsa da, rejimin humanitar yardımların çatdırılmasına mane olduğunu bildirәn Amerika Birlәşmiş Ştatları prezidenti bütün bu addımları qınadıqlarını və buna görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün digər ölkələrlə birlikdə çalışdıqlarını vurğulayıb.

ABŞ prezidenti Co Bayden deyib: ‘‘Hәrbi rejim attığı addımlardan vaz keçmәlidir vә Aung San Suu Kyi və Win Myint də daxil olmaqla, demokratik yolla seçilmiş liderləri, jurnalistləri, qeyr-hökumәt tәşkilatlarının rәhbәrlәrini, aktivistlәri vә xarici ölkә vәtәndaşlarını azadlığa buraxmalıdır.Hәrbi rejim ölkәdә demokratiyanın bәrpa edilmәsi üçün bütün tәrәflәrlә dialoq aparmalıdır’’.

Rejimin bu istiqamәtdә addım atmağa davam edәcәyi tәqdirdә ABŞ-ın sanksiyalarını davam etdirəcəyini vurğulayan Co Bayden Myanma xalqının yanında olduqlarını və onların demokratiya ilә bağlı  mübarizəsini dəstəklədiklərini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr