Nigeriyada aşkarlanan Lassa qızdırması epidemiyası sürətlə yayılır

Nigeriyada Lassa qızdırması epidemiyası səbəbindən  ölənlərin sayı 32-yə yüksəlib.

1770808
Nigeriyada aşkarlanan Lassa qızdırması epidemiyası sürətlə yayılır

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) bu barədə məlumat yşayılıb. Bildirilib ki, son 2 sutka ərzində 6 nəfər epidemiya səbəbindən həyatını itirib. Beləcə Yanvarın 3-dən etibarən epidemiyadan həyatını itirənlərin sayı 32-yə yüksəlib. bu müddət ərzində ölkənin hər tərəfinə yayılan epidemiyada paytaxt Abuca ilə yanaşı, 11 əyalətdə 170 hadisənin aşkarlandığı qeyd edilib.

Qeyd  edək  ki, hər il quraqlıq dövrünün yaşandığı noyabr və may aylarında artmağa başlayan Lassa qızdırması epidemiyasına  ötən il 674 nəfər yoluxdu. Onlardan 102-i dünyasını dəyişdi. Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırmasına ilk dəfə 1969-cu ildi Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində rast gəlindi.



Әlaqәli Xәbәrlәr