Avropa İttifaqı: Ukraynanın təhlükəsizliyi bizim də təhlükəsizliyimizdir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bəyan edib ki, Ukrayna Aİ-nin qonşusu və tərəfdaşıdır.

1770713

C. Borrell "Onun təhlükəsizliyi bizim də təhlükəsizliyimizdir" deyib.

Cozef Borrell Ukrayna böhranı haqqında yazdığı məqalə deyib: “Ukrayna bizim qonşumuz və tərəfdaşımızdır. Onun təhlükəsizliyi bizim də təhlükəsizliyimizdir. Rusiya ilə problemi dialoq yolu ilə həll etmək üçün diplomatiyaya üstünlük veririk, lakin Rusiyadan müvafiq cavab gözləyirik".

Ukrayna böhranında ABŞ ilə çox uğurlu əməkdaşlıq və koordinasiya içində hərəkət etdiklərini bildirən Borrell “Ukrayna böhranında Aİ-nin səhnədə olmadığı iddiası doğru deyil. Aİ olaraq, xüsusilə fransız və alman səlahiyyətliləri olaraq bu böhranda son dərəcə aktiv bir diplomatiya izləyirik'' deyib.

NATO ilə sıx əməkdaşlıq etdiklərini xatırladan Borrell Rusiyaya gərginliyi artırmağa son qoymağa çağırışını təkrarlayıb.

Әlaqәli Xәbәrlәr