Almaniyada iki polis əməkdaşı silahlı hücum nəticəsində ölüb

Almaniyanın qərbində yerləşən Kusel rayonunda iki polis əməkdaşı güllələnib.

1770789
Almaniyada iki polis əməkdaşı silahlı hücum nəticəsində ölüb

Almaniyanın qərbində yerləşən Kusel rayonunda iki polis əməkdaşı güllələnib.

Hadisə polis əməkdaşlarının post-patrul xidmətində olduğu zaman baş verib.

Atışma səhər saat 04:20 radələrində Kreisstrasse 22 ünvanında qeydə alınıb. Nəticədə 29 yaşlı kişi və 24 yaşlı qadın polis əməkdaşları aldıqları güllə yaralarından həlak olublar.

Hadisəni törədən şəxs qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Polisdən bildirilib ki, atəş açan şəxslərin sayı, istifadə etdikləri avtomobilin təsviri və qaçdıqları istiqamət məlum deyil.



Әlaqәli Xәbәrlәr