“Taliban” nümayəndələri Norveçdə danışıqlar aparıblar

"Taliban" nümayəndə heyəti Norveçin paytaxtı Osloda rəsmilərlə danışıqlar aparıb.

1767359
“Taliban” nümayəndələri Norveçdə danışıqlar aparıblar

"Taliban" nümayəndə heyəti Norveçin paytaxtı Osloda rəsmilərlə danışıqlar aparıb.

"Taliban" müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid "Twitter" hesabında "Taliban" nümayəndə heyətinin Norveç səlahiyyətliləri ilə görüş keçirdiyini bildirib.

Bəyanatda bildirilib ki, görüş zamanı iştirakçılar səbirlə bir-birinin fikirlərini dinləyib, ölkənin mövcud durumu ilə bağlı fikir mübadiləsi aparıblar.

Bildirilib ki, iştirakçılar Əfqanıstanın bütün əfqanların ümumi evi olduğunu təsdiqləyib və əfqanların ölkədə daha yaxşı siyasi, iqtisadi və təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar. Bbütün iştirakçılar Əfqanıstanın bütün problemlərinin yeganə həllinin anlaşma və əməkdaşlıq olması ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Norveç Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, "Taliban" nümayəndələri 23-25 ​​yanvar tarixlərində Osloya dəvət olunublar.

Bildirilib ki, Taliban nümayəndə heyəti Norveç hökumətinin, bəzi müttəfiq ölkələrin nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşmək üçün Norveçdə danışıqlar aparacaq.

Norveçin xarici işlər naziri Anniken Huitfeldt yanvarın 21-də verdiyi açıqlamada Əfqanıstandakı humanitar böhranla bağlı narahatlığını ifadə edərək, ölkədə baş verən son hadisələri “milyonlarla insana təsir edən genişmiqyaslı humanitar fəlakət” kimi qiymətləndirib.

Huitfeldt qeyd edib ki, sözügedən əlaqələr “Taliban"ı qanuniləşdirmir və ya tanımır, lakin onlar ölkəni faktiki idarə edənlərlə danışmalıdırlar.



Әlaqәli Xәbәrlәr