"Rusiya Ukraynanı işğal edərsə, bunun ağır iqtisadi nəticələri olar", C. Bayden

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynanı işğal edəcəyini düşündüyünü, lakin bunun Rusiya üçün “fəlakət” olacağını açıqlayıb.

1765662
"Rusiya Ukraynanı işğal edərsə, bunun ağır iqtisadi nəticələri olar", C. Bayden

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynanı işğal edəcəyini düşündüyünü, lakin bunun Rusiya üçün “fəlakət” olacağını açıqlayıb.

Bayden səlahiyyətlərinin birinci ilini başa vurması münasibəti ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan edib ki, Rusiya Ukraynanı işğal edərsə, heç vaxt olmadığı qədər ağır iqtisadi nəticələrlə üzləşəcək.

"Ukraynanı işğal edib-etməmək Rusiyadan asılıdır. Amma Ukraynaya kiçik bir müdaxilə olarsa, bunun nəticələri üzərində mübarizə aparmalıyıq. Amma onlar sərhədə yığdıqları qoşunların tutumu qədər böyük bir iş görsələr bu, Rusiya üçün fəlakət olar. Rusiya Ukraynanı işğal etsə tərəfdaşlarımız və müttəfiqlərimizlə Rusiyaya zərər verəcək ciddi addımlar atmağa hazırıq. Məlumunuz olduğu kimi NATO müttefiqlərimizə də dəstək veririk” deyə Bayden bildirib. 

Ukraynaya hazırda 600 milyon dollar dəyərində hərbi sursat göndərdiklərini vurğulayan Bayden "Ukraynaya girərsə, ruslar üçün can itkisi böyük olar" deyə xəbərdarlıq edib. 

Bayden bəyan edib ki, əgər Rusiya Ukraynanı işğal edərsə, bunun Rusiya üçün qısa, orta və uzunmüddətli perspektivdə ciddi nəticələri olacaq.

“Rusiya bankları dollarla mübarizə apara bilməyəcək" deyə Bayden vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putinin tam müharibə istəmədiyini qeyd edən Bayden "Rusiya Qərbi, ABŞ-ı və NATO-nu ciddi şəkildə sınaqdan keçirəcək. Məncə, Ukraynaya girəcək" fikrini dilə gətirib.

Rusiyanın razılaşmasının şərtlərindən birinin Ukraynanın NATO-ya daxil olmaması olduğunu vurğulayan Bayden "Hər ölkənin istədiyi təşkilata üzv olmaq hüququ var. Bununla belə, Ukraynanın şərtləri yerinə yetirib, NATO-ya üzv ola biləcəyini düşünmürəm" deyib.



Әlaqәli Xәbәrlәr