Yəməndə yanacaq böhranı sona çatıb

Yəmənin müvəqqəti Paytaxtı Ədəndə bir həftədən artıqdır həyatı iflic edən yanacaq böhranı sona çatıb.

1764166
Yəməndə yanacaq böhranı sona çatıb

Bu barədə Yəmən hökumətinin Milli Neft Şirkəti məlumat yayıb. Bildirilib ki, şirkətin şəhərdəki anbarlarından benzindoldurma məntəqələrinə yanacaq paylanmağa başlanıb. Açıqlamada həmçinin qeyd edilib ki, yanacaq müəyyən edilən yeni qiymətdən satılacaq. Bu qiymətdən satışlar yerli valyuta dəyər qazanana qədər davam edəcək.

Xatırladaq ki, Ədən, Lahec və Ebyeni Ed-Dali kimi qonşu əyalətlər yanacaqdoldurma məntəqələri neft şirkətlərindən neft törəmələrini təmin edə bilmədiklərinə görə bağlandıqları üçün təxminən bir həftə yanacaq böhranı yaşayırdılar.



Әlaqәli Xәbәrlәr