Avropa İttifaqı və Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri 6 ildən sonra toplantı keçirəcək

Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurasının (KƏM) nümayəndələri 6 illik fasilədən sonra fevralın 21-də Tərəfdaşlıq Şurası və Nazirlər Toplantısı üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.

1764422

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrellin ofisindən verilən yazılı açıqlamaya görə, Borrell Körfəz Əməkdaşlıq Təşkilatının baş katibi Nayif əl-Həcraf ilə görüşüb.

Görüşdə yaşıl və rəqəmsal keçid, iqlim dəyişikliyi və terrorla mübarizə kimi qlobal çətinliklər müzakirə edilərkən, fevralın 21-də Brüsseldə 26-cı Aİ-KƏM Tərəfdaşlıq Şurasının və Nazirlər Toplantısının keçirilməsi qərara alınıb.

Açıqlamada görüşün Borrelin bölgəyə səfəri zamanı onun dəvəti ilə baş tutduğu bildirilib.

Tərəflər sonuncu birgə görüşünü 2016-cı il iyulun 18-də keçirib. 2017-ci ildə başlayan Körfəz böhranı keçən il başa çatdıqdan sonra Aİ region ölkələri ilə əlaqələrini canlandırmaq məsələsinə diqqət yetirib. 

Bu kontekstdə Aİ-nin Ali nümayəndəsi Borrell 2021-ci ilin oktyabrında regiona hərtərəfli səfər təşkil edib.

Әlaqәli Xәbәrlәr