Avropa Parlamentinin sədri vəfat edib

Avropa Parlamentinin (AP) sədri 65 yaşlı David Sassoli İtaliyanın Aviano şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

1760412
Avropa Parlamentinin sədri vəfat edib

Avropa Parlamentinin (AP) sədri 65 yaşlı David Sassoli İtaliyanın Aviano şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə onun sözçüsü Roberto Kuillo məlumat verib.

AP sədri sətəlcəm səbəbilə sentyabr ayında xəstəxanaya yerləşdirilib, uzun müddət sessiyalara sədrlik edə bilməyib, Avropa İttifaqı sammitləri kimi yüksək səviyyəli toplantılara qatılmayıb.
Keçmiş televiziya jurnalisti Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.



Әlaqәli Xәbәrlәr