BMT Liviyaya xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyası (UNSMIL) dekabrın 21-də paytaxt Tripolidə təhlükəsizliklə bağlı hadisələrin münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

1750822

UNSMIL Tripolinin bəzi bölgələrində hərbi birləşmələrin yerləşdirilməsi və bəzi küçələrin nəqliyyata bağlanması ilə bağlı yazılı bəyanat yayıb.

Qaytaxtdakı fəallığın münaqişələrə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edilən bəyanatda, "UNSMIL Tripolidə təhlükəsizliklə bağlı hadisələrdən narahatdır" ifadəsindən istifadə edilib.

Bəyanatda həmçinin Liviyadakı bütün fəal partiyalar “sağlam düşüncə ilə hərəkət etməyə və keçid prosesinin uğurla həyata keçirilməsinə və seçkilərin dinc şəraitdə baş tutmasına töhfə verəcək təhlükəsiz mühit hazırlamağa” çağırılıb.

Әlaqәli Xәbәrlәr