Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı artmaqda davam edir

Qasırğa 208 nəfərin ölümünə səbəb olub, azı 239 sakin yaralanıb, daha 52 nəfər itkin düşüb.

1749647
Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı artmaqda davam edir

Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı yenidən artıb.

Qasırğa 208 nəfərin ölümünə səbəb olub, azı 239 sakin yaralanıb, daha 52 nəfər itkin düşüb.

Mərkəzi Visayi regionunda - 129 nəfər, Qərbi Visayi regionunda - 22 nəfər, 10 nəfər Karaqa bölgəsində, 7 nəfər isə Şimali Mindanaoda ölüb.

Vyetnam Milli Hidrometeoroloji Proqnozlar Mərkəzinin məlumatına görə, tayfunun episentri Vyetnamın Bindin əyalətinə doğru hərəkət edir.

Qasırğanın 780 min nəfərə təsir etdiyi, 300 kəndin təxliyyə edildiyi ölkədə Filippin Przidenti Rodriqo Duterte 40 milyon dollarlıq yardım ediləcəyini elan edib.



Әlaqәli Xәbәrlәr