Almaniyada koronavirus əleyhinə peyvənd çatışmazlığı

Almaniyanın səhiyyə naziri Karl Lauterbax yeni növ koronavirus (Covid-19) əleyhinə peyvənd kampaniyasını 2022-ci ilin birinci rübünə qədər davam etdirmək üçün kifayət qədər peyvəndlərinin olmadığını açıqlayıb.

1747952
Almaniyada koronavirus əleyhinə peyvənd çatışmazlığı

TRT xəbər verir ki, Lauterbach dünən mətbuata bu barədə açıqlama verib. O ölkədə epidemiyanın 4-cü dalğasının nəzarətdən çıxmasından narahat olduqlarını bildirib və Covid-19 əleyhinə peyvənd kampaniyasını 2022-ci ilin birinci rübünə qədər davam etdirmək üçün kifayət qədər vaksinlərinin olmadığına diqqət çəkib və bu çatışmazlığa son qoymaq üçün günlərdir çalışdıqlarını sözlərini əlavə edib.

Xatırladaq ki, Almaniya hökuməti dekabrın əvvəlində Covid-19 əleyhinə mübarizə çərçivəsində Peyvənd olunmamış insanların yalnız bazarlar və apteklər kimi yerlərə daxil olmalarına icazə veriləcəyini açıqlamışdı. Ölkədə fevral ayından bəri gündəlik ölüm sayının ən yüksək rəqəmlərə çatmasını buna səbəb göstərmişdi.



Әlaqәli Xәbәrlәr