ABŞ, Ukraynaya dəstəyinin davam etdiyini bildirib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Austin Rusiyanın Ukrayna sərhədində hərbi yığınağını artırması narahatıq yaradır deyib.

1735549
ABŞ, Ukraynaya dəstəyinin davam etdiyini bildirib

TRT xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Austin  mətbuata açıqlamasında Ukrayna  başda olmaqla gündəlikdəki bir çox  məsələyə  münasibət bildirib.

O qeyd edib ki, Rusiyanın Ukrayna sərhədində hərbi yığınağını artırmasından narahatıq. Rusiya prezidenti Vladimir Putinin nə etməyə çalışdığını bilmirik. Nazir Rusiya ilə əlaqəli  özünə ünvanlanan  suala cavabən: “Bizim vurğuladığınız iki məsələ var. Biri Rusiyanın Ukrayna sərhəddinə hərbi birləşmələr yeritməsi, digəri isə  bu ölkənin öz peykini vurmaq cəhdidir. Bu fəaliyyətlər mövcud təhlükəsizlik mühitinə töhfə vermir və əksinə narahatlıq yaradır. Bu səbəbdəndir ki, Rusiyaya çağırış edirik ki, daha məsuliyyətli rəftar sərgiləsin və Ukrayna sərhədində hərbi yığınaq mövzusunda şəfvaf olsun. ABŞ-ın Avropa Qüvvələrinin (EUCOM) komandanı general Todd Volters ilə Rusiyanın Ukrayna sərhədinə hərbiçi yeritdiyi mövzusunu mütəmadi olaraq dəyərləndiririk. Lakin Putinin niyyətinin nə olduğunu dəqiq bilmirik. Ukraynaya dəstəyimiz davam edəcək”-deyə  ABŞ müdafiə naziri vurğulayıb.



Әlaqәli Xәbәrlәr