Yəməndə vətəndaş müharibəsinin qurbanları artmaqda davam edir

Vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 3 ayda 170 mülki vətəndaş həyatını itirib.

1731131
Yəməndə vətəndaş müharibəsinin qurbanları artmaqda davam edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndəki Humanitar Koordinasiya Ofisinin(OCHA) sosial media hesabında ölkədəki vəziyyətlə əlaqəli  açıqlama verilib. Qeyd edilib ki, ölkədəki qarşıdurmalardan  ən çox dinç əhali təsirlinir. Cari ilin üçüncü rübündə (iyul, avqust və sentyabr) silahlı qarşıdurmalar nəticəsində 170 mülki şəxs həyatını itirib. Dinc əhalidən 359  nəfər yaralanıb. Ölkədə baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürən tərəf yoxdur. Qeyd edək ki, 2014-cü ilin sentyabrından Yəməndə İranın dəstəklədiyi husilər paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir. Ölkədə 7 ildir davam edən qarşıdurmalarda 230 mindən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr