Almaniyada Covid-19 epidemiyası tüğyan edir

Yeni növ koronavirus (Covid-19) epidemiyasının dördüncü dalğası Almaniyaya ağır zərbə vurdu.

1730842
Almaniyada Covid-19 epidemiyası tüğyan edir

Ötən həftə ölkədə epidemiya başlayandan bəri günlük ən yüksək xəstə sayı qeydə alınarkən (37 min 120 nəfər), bu həftə 100 min nəfərə düşən həftəlik orta yoluxma halları epidemiya başlayandan bəri ən yüksək səviyyəyə yüksəlib. Bu səbəbdən hadisə sayı çox olan üç ştatda tədbirlər sərtləşdirilib. Saksoniya əyalətində ictimai yerlərə yalnız peyvənd olunmuş və ya xəstəliyə daha əvvəl yoluxub və sağalmış şəxslərin daxil olmalarına icazə verilməyə başlanıb. Avtobus, qatar və taksilərdə də FFP2 tipli maskalar məcburi edilib. Almaniyanın Reanimasiya və Təcili Yardım Dərnəyi, artan hadisələr səbəbiylə önümüzdəki həftələrdə Reanimasiyalarların dolacağının güçlü ehtimal olduğunu, səbəbdən xəstəxanaların boş çarpayı tutumlarını qorumaq üçün planlaşdırılan əməliyyatları təxirə salmalı olduqlarını bildirib.

Almaniya Müəllimlər Birliyi də məktəblərdə epidemiyanın nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr