ABŞ səyahət qadağasını ləğv etdi

ABŞ bu gündən etibarən hava limanlarında və quru sərhədlərində peyvəndlərini tamamlamış sərnişinləri qəbul etməyə başlayıb,

1730629
ABŞ səyahət qadağasını ləğv etdi

ABŞ-ın bu qərarı ilə əvvəlki prezident Donald Tramp administrasiyası dövründən qüvvədə olan Covid-19 məhdudiyyətlərinə son qoyulub. Yeni tətbiqə görə, ABŞ-a daxil olmaq istəyən sərnişinlər peyvənd olunduğunu sübut etməli və test nəticəsi mənfi olmalıdır. Meksika və Kanadadan quru yolu ilə ölkəyə səyahət edəcək olanlardan Covid-19 testi tələb olunmayacaq. ABŞ-a hava nəqliyyatı ilə daxil olmaq istəyən sərnişinlərdən şəxsiyyət məlumatlarını peyvənd vəsiqələri  ilə uyğunlaşdırmaları tələb olunacaq və peyvənd olunduğunu sübut edə bilməyən sərnişinlər pozuntuya görə 35 min dollara qədər cərimə edilə biləcəklər.



Әlaqәli Xәbәrlәr