ABŞ bəzi Afrika ölkələrinə gömrük azadlığını ləğv edir

ABŞ prezidenti Co Bayden Konqres üzvlərinə məktub göndərib

1728372
ABŞ bəzi Afrika ölkələrinə gömrük azadlığını ləğv edir

 

  Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti Afrika ölkələri Efiopiya, Qvineya və Maliyə tətbiq edilən gömrük azadlığını "insan hüquqlarının pozulması"yla əlaqədar aradan qaldırmaq niyyətini Konqresə bildirib.

  ABŞ prezidenti Co Bayden Konqres üzvlərinə məktub göndərərək Efiopiya, Qvineya və Maliyə "Afrika inkişaf və fürsət qanunu" çərçivəsində tətbiq olunan gömrük azadlığını götürmək üçün yeni addımlar atmaq niyyətində olduğunu yazıb.

  Sözügedən ölkələrdə son vaxtlar yaşanan insan haqları pozuntularına diqqət çəkən Bayden bu vəziyyətin qanunun 104-cü maddəsini pozduğunu, bu səbəbdən bu ölkələrin gömrük azadlığının qaldırılacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr